DSXdan ƏMƏLİYYAT Azərbaycana keçmək istəyənlər saxlanıldı


Digərləri 14 May 2025 18:19:00 75 0

DSXdan ƏMƏLİYYAT  Azərbaycana keçmək istəyənlər saxlanıldı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər sərhəd pozucusu saxlanılıb.

Bu barədə Son.az-a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı - 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı - 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.