İranda silahlı qarşıdurma: 2 nəfər öldü, 1 polis yaralandı
Digərləri 14 May 2025 16:52:00 75 0
İranın Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində polis qüvvələri ilə silahlı şəxslər arasında baş verən qarşıdurma nəticəsində iki nəfər həlak olub, bir polis əməkdaşı isə yaralanıb.
Bu haberi de oku: İşdən çıxarılan sədrin əmlakları üzə çıxdı
Son.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə, 24 yaşlı Rəhman Qumşadzehi və 23 yaşlı Xudabəxş Məzarzehinin polis tərəfindən xəbərdarlıq edilmədən atəşə tutulduğu bildirilib.
Məlumatlara görə, həmin şəxslər polisin atəşinə müqavimət göstərib və nəticədə həyatlarını itiriblər.
Saravan bölgəsi, narkotik qaçaqmalçılığı və Bəluc millətçilərinin fəaliyyətləri ilə tanınır. Bu cür hadisələr, bölgədəki gərginliyin və təhlükəsizlik problemlərinin davam etdiyini göstərir.
Kaynak: milli.az