Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
Digərləri 14 May 2025 18:40:00 89 0
Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb. Bildirilir ki, modemlər çox zaman kibertəhlükələrə qarşı zəifdir. Bundan istifadə edən hakerlər isə ev şəbəkəsinə daxil olaraq şəxsi məlumatlara, cihazlara və xidmətlərə zərər verə bilər.
Bu haberi de oku: Türkiyədə 6 bal gücündə zəlzələ oldu
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, bu tip cihazlar tez-tez zərərli proqramlarla yoluxdurulur və ev şəbəkələrinə sızmaq üçün istifadə edilir.
"Router vasitəsilə həyata keçirilən hücumlar nəticəsində yalnız internet bağlantısı deyil, həmin şəbəkəyə qoşulmuş digər cihazlara da nəzarət mümkündür. Bu hallarda kibercinayətkarlar istifadəçilərin şəxsi və bank məlumatlarını oğurlamaq, onlayn fəaliyyətlərini izləmək və hətta cihazları zombi şəbəkələrdə (botnet) istifadə etmək imkanı qazanırlar. Hücumların səssiz və görünməz şəkildə baş verməsi isə təhlükəni daha da artırır".
Mütəxəssis bildirib ki, adətən istifadəçilər sızmalardan yalnız ciddi məlumat itkisi və ya təhlükəsizlik pozuntusu baş verdikdən sonra xəbərdar olurlar:
"Yönləndiricilərin proqram təminatı (firmware) mütəmadi olaraq yenilənməli, standart şifrələr dəyişdirilməli və şəbəkə təhlükəsizliyi üzrə əsas tədbirlər görülməlidir. Cihaz artıq istehsalçı tərəfindən dəstəklənmirsə, daha yeni və təhlükəsiz model ilə əvəz olunması tövsiyə olunur". Son.az