310 mindən çox şagird monitorinqə cəlb ediləcək MÜTDA
Digərləri 14 May 2025 17:54:00 88 0
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 310 mindən çox IV və VI sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək.
Son.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, bu il ilk dəfə olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsi tabeliyində olan müəssisələrdə ümumilikdə 10 000 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.
Qeyd edilib ki, monitorinqlər şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsinə xidmət edəcək.
Monitorinqlə bağlı ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://shorturl.at/Pb2Y9