İcra başçısının müavini 11 ay sonra işdən çıxdı


Digərləri 14 May 2025 15:16:00 72 0

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən ayrılıb.

Son.az xəbər verir ki, bu barədə Ruslan Eldaroğlu özü məlumat yayıb.

O, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aprelin 1-dən İmişli RİH başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad olunduğunu bildirib.

Qeyd edək ki, tanınmış jurnalist olan R.Məmmədov "ANS TV" və "Avto FM" radiosunda bir sıra vəzifələrdə işləyib. O, daha sonra Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsində baş mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.