Ohanyanın oğluna Lələtəpə ittihamı – Cinayət işi açıldı
Digərləri 14 May 2025 15:39:00 62 0
Ermənistanda 44 günlük müharibə ilə bağlı yeni cinayət işi məhkəməyə göndərildi.
Bu haberi de oku: İçdiyiniz suya bir parça əlavə edin Dəyişimə inanmayacaqsınız
Son.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 2020-ci ilin 44 günlük müharibəsi zamanı baş vermiş daha bir hadisə ilə bağlı cinayət işini tamamlayaraq məhkəməyə göndərib.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin dövrdə hərbi hissəyə rəhbərlik edən polkovnik Artur Ohanyan 2020-ci il oktyabrın 6-dan 7-dək olan müddətdə xidməti vəzifələrini yerinə yetirərkən səhlənkarlığa yol verib. Onun bu məsuliyyətsiz davranışı nəticədə ciddi fəsadlara səbəb olub.
Eyni zamanda məlum olub ki, polkovnik Ohanyan oktyabrın 6-da qərargahdan Horadiz şəhərinin qərbində yerləşən Lələtəpə istiqamətində hücuma keçmək və müdafiə xəttini bərpa etmək əmri almasına baxmayaraq, bu əmri icra etməyib.
İstintaq zamanı həmçinin N saylı hərbi hissənin tabor komandiri, polkovnik-leytenant Q.A.-nın 2020-ci il oktyabrın 7-də tabeliyindəki şəxsi heyəti Lələtəpə istiqamətində döyüşə cəlb etməyə məcbur etdiyi müəyyən edilib. Lakin o, silah və sursat itkilərini bəhanə gətirərək döyüş tapşırığını yerinə yetirməyib.
Q.A.-nın tabeliyindəki heyətə marşrutdan kənara çıxmağı əmr etdiyi, yuxarı komandanlıqla əlaqə yaratmaq təkliflərini rədd etdiyi, daha sonra isə icazə almadan taborun şəxsi heyətini döyüşü davam etdirmədən geri qaytarmaq qərarı verdiyi bildirilir.
Məlumata görə, polkovnik Artur Ohanyan sabiq müdafiə naziri və hazırkı deputat Seyran Ohanyanın oğludur.
Kənan Son.az