İntiqam Babayevə vəzifə verildi


Digərləri 01 May 2025 10:43:00 84 0

İntiqam Babayevə vəzifə verildi

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin olunub.

Bu haberi de oku: Üç dostun faciəvi sonu

Bu barədə Son.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmi ilə İntiqam Babayev bu vəzifəyə təyinat alıb. 

İntiqam Babayev 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997-2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.

O, 2000-2021-ci illərdə gənclər və idman nazirinin müavini olub. 2022-2023-cü illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparatının rəhbəri olub və aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.

İ.Babayev 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.