Məşhur ekstrasensdən 2025ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ


Digərləri 30 Nis 2025 17:41:00 185 0

Məşhur ekstrasensdən 2025ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ

“Canlı Nostradamus” 2025-ci ilin sonu üçün qorxulu proqnoz verdi: Bəşəriyyəti nələr gözləyir?

Braziliyadan olan 38 yaşlı məşhur falçı və ekstrasens Atos Salome, 2024-cü ildə texnoloji "qaranlıq üç gün" proqnozu ilə gündəmə gəlmişdi. O, bu dəfə 2025-ci ilin sonuna dair daha qorxulu bir proqnozla çıxış edib.

Son.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Gələcək üçün xəbərdarlıq: "Bu, yalnız başlanğıcdır"

Salome bildirir ki, 2024-cü ildə Avropanın bəzi bölgələrində - İspaniya, Fransa və Portuqaliyada baş verən enerji böhranı sadəcə bir "repetisiya" olub. Onun sözlərinə görə, qarşıdan gələn illərdə bu kimi hadisələr daha geniş və strateji şəkildə baş verəcək.

Falçının iddiasına görə, bu kəsilmələr texniki nasazlıq deyil, "səssiz kibermüharibənin" ilk mərhələsi olub. "Artıq müharibə yalnız fiziki silahlarla aparılmır. Yeni döyüş sahəsi - fiber-optik kabellər, peyklər və müasir həyatın dayandığı sistemlərdir", - deyə o xəbərdarlıq edir.

Qlobal miqyasda texnoloji çöküşlər gözlənilir

Onun sözlərinə görə, növbəti enerji və informasiya böhranları aşağıdakı tarixlərdə baş verə bilər:

İyun-Avqust 2025: Şimali Amerikada,

Oktyabr 2025: Yaponiyada və Cənubi Koreyada,

Dekabr 2025: San-Paulu və Mexiko kimi Latın Amerikası şəhərlərində.

Salomenin sözlərinə görə, bu hadisələr eyni anda yox, ardıcıl və planlı şəkildə baş verəcək. Məqsəd - cəmiyyətlərin davamlılığını və stresə dözümlülüyünü yoxlamaqdır.

"Qaranlıq günlər" informasiya blokadası olacaq

Falçı daha əvvəl dediyi "üç gün qaranlıq" ifadəsinin sözün əsl mənasında fiziki qaranlıq yox, informasiya və əlaqə blokadası olduğunu dəqiqləşdirib:

"İnternet çökəcək, peyklər dayanacaq, rabitə xətləri kəsiləcək. İnsanlar ətrafda nə baş verdiyini bilməyəcəklər".