İstirahətə gedəndə bu rəng geyinməyin Gənə yapışa bilər
Digərləri 28 May 2025 21:29:00 109 0
Yay fəslində təbiətdə vaxt keçirmək çoxları üçün istirahət və əyləncə anlamına gəlsə də, gənə təhlükəsi ciddi narahatlıq doğurur. Gəzinti və piknik zamanı bu həşəratlara qarşı diqqətli olmaq lazımdır.
Bu haberi de oku: Türkiyəli şagirdlər Azərbaycanı belə təbrik etdi VİDEO
Son.az xəbər verir ki, parlaq rəngli geyimlər gənələri daha çox cəlb edir. "Skandinaviya Yoluxucu Xəstəliklər Jurnalı"nda dərc olunan araşdırmaya əsasən belə geyimlər gənələri adi rəngli paltarlardan 20 dəfə artıq çəkə bilər. Alimlər bu tendensiyanın dəqiq səbəbini müəyyənləşdirməsə də, parlaq rənglərin maralların qarın hissəsinin rənginə bənzədiyi ehtimal edilir.
Mütəxəssislər açıq havaya çıxarkən açıq rəngli, uzunqollu və bədəni örtən paltarlar geyinməyi məsləhət görür. Bu, həm gənələrin dərinizə yapışmasının qarşısını almaq, həm də onların vaxtında görünməsi baxımından əhəmiyyətlidir.