Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
Digərləri 29 May 2025 21:12:00 113 0
Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatının müzakirəsindən sonra Azərbaycanda qohum evliliklərinin sayındakı artım yenidən gündəmə gəlib. Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, insanların çoxu qohumlar arasında nikahlarının ləğvi ilə bağlı dəyişikliyə hazır deyil: "Bir il ərzində sürətli şəkildə evlənmə halları baş verdi".
Bu haberi de oku: Smart tipli dayanacaq niyə işləmir?
Bəs görəsən, son aylarda və illərdə qohumlar arasındakı nikahların dinamikası necə dəyişib?
Ədliyyə Nazirliyindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin yanvar ayında 252, fevral ayında 131, mart ayında 176, aprel ayında isə 139 bioloji qohumluğu olan şəxslər arasında nikah qeydə alınıb.
Vurğulanıb ki, 2024-cü ilin yanvar ayında 155, fevral ayında 113, mart ayında 116, aprel ayında 111, may ayında isə 121 belə nikah qeydə alınıb.
Qeyd edilib ki, 2021-ci ildə 2 199, 2022-cü ildə 2 542, 2023-cü ildə 1 950, 2024-cü ildə 2 060, 2025-ci ilin ilk 4 ayı ərzində isə 698 belə nikah rəsmiləşdirilib.