Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadır
Digərləri 28 May 2025 22:54:00 109 0
36-46 yaş arası həm də hormonal dəyişikliklərin baş verdiyi dövrdür
Bu haberi de oku: İtinə zəncir almaq üçün göz muncuğu oğurladı Həbs edildi
Bir çox insan üçün 20 yaşlar qayğısız dövrdür - siqaret, spirtli içki və hərəkətsizlik adi hal kimi qarşılanır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu həyat tərzinin fəsadları əsasən 36 yaşdan sonra üzə çıxır.
Son.az "Telegraph"da dərc olunmuş məqaləni təqdim edir:
Finlandiyada aparılan araşdırmaya görə bu yaşa qədər siqaret və içkinin ciddi təsiri olmasa da, 36-dan sonra sağlamlıqda geriləmələr müşahidə olunur. Xərçəng, ürək və ağciyər xəstəlikləri, depressiya və erkən ölüm riski artır.
Həkimlər bildirirlər ki, bu yaşdan sonra orqanizm artıq zərərli vərdişləri "bağışlamır". Siqareti 35 yaşadək tərgidənlər siqaret çəkməyənlərlə eyni həyat müddətinə sahib ola bilirlər. Lakin 40 yaşdan sonra ağciyər xərçəngi riski xüsusilə kişilərdə sürətlə artır. Alkoqol da bu dövrdə orqanizmə daha çox zərər vurur. Qaraciyər, ürək, təzyiq, diabet və demensiya riski artır.
. Qadınlarda estrogenin azalması sümük və əzələ itkisinə, immunitetin zəifləməsinə səbəb olur. Kişilərdə isə testosteron azalır, metabolizm zəifləyir. Bu illər həm də insanların daha çox stress yaşadığı, iş və ailə məsuliyyətlərinin artdığı dövrdür ki, bu da sağlamlığa əlavə yük yaradır.