Azərbaycan Texniki Universitetinin dosenti vəfat etdi


Digərləri 28 May 2025 15:30:00 87 0

Azərbaycan Texniki Universitetinin dosenti vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının dosenti, Natiq Əhmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Son.az xəbər verir ki, bu barədə məlumatı universitet yayıb.

Natiq Əhmədov 1960-cı ildə Bakı şəhərində anadan olub. O, 1986-cı ildən etibarən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.

2020-ci ildən etibarən isə Sənaye istehsalının planlaşdırılması və idarə edilməsinin təşkilinin iqtisadiyyatı kafedrasında (hazırda İqtisadiyyat və statistika kafedrası) fəaliyyətini davam etdirirdi.


Habere ait fotoğraflar