Köhnə dəmli çay xərçəng yaradır
Digərləri 28 May 2025 22:18:00 90 0
Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycanlıların adətidir. Amma çoxları bilmədən səhv edir: əvvəlki günün dəmli çayını ocağa qoyub yenidən qızdırır, bir stəkan da ondan içir. Halbuki bu görünməz təhlükə mənbəyidir.
Bu haberi de oku: Serj Sarqsyan 3 milyon dollar rüşvət alıb?
Son.az bildirir ki, mütəxəssislər xəbərdarlıq edirlər.
Çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, həm dadını itirir, həm də tərkibindəki faydalı maddələr oksidləşməyə başlayır. Oksidləşmə dediyin isə zərərli maddələrin yaranmasına zəmin yaradır. Ən qorxulusu - nitritlər. Bu toksik maddələr immun sistemi zəiflədir, mədə-bağırsaq problemləri yaradır, uzun müddət davam edərsə, xroniki xəstəliklərin də səbəbi ola bilər.
Yay aylarında isə məsələ daha da ciddiləşir. Açıqda qalan çay bakteriyaların sevimli məkanına çevrilir. İçirsən - bilmədən öz bədəninə zərər verirsən.