Yay gəlir, sərfiyyat artacaq Nə edək ki, maşın az benzin yandırsın?
Digərləri 28 May 2025 23:45:00 102 0
Benzin qiymətlərinin yüksək olması sürücüləri daha qənaətcil yollar axtarmağa vadar edir.
Bu haberi de oku: Faciəvi şəkildə ölən qardaşların
Mütəxəssislər bildirir ki, düzgün istifadə qaydalarına əməl etməklə avtomobilin yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Sürüş zamanı qəfil sürətlənmək və əyləc vermək benzin sərfini artıran əsas səbəblərdəndir. Sabit və sakit sürmək daha az yanacaq sərf olunmasına kömək edir. Avtomobilin mühərrikinin boş yerə işləməsi də yanacağın israfına səbəb olur. Mütəxəssislər dayanma zamanı mühərrikin söndürülməsini tövsiyə edir.
Təkərlərdə hava çatışmazlığı avtomobilin hərəkətinə mane olur və bu da əlavə sərfiyyata gətirib çıxarır. Həmçinin avtomobildə artıq yük saxlamaq mühərrikə əlavə yük salır. Bu səbəbdən lazımsız əşyaların avtomobildən çıxarılması tövsiyə olunur.
Hava soyuducu sistemindən düzgün istifadə də qənaətə təsir edən amillərdən biridir. Soyuq havalarda kondisioner yerinə pəncərənin açılması, isti aylarda isə kondisionerdən yalnız zəruri hallarda istifadə olunması yanacağa qənaət edə bilər.