Azərbaycanın ərazisi: Londonun 1918ci il xəritəsində FOTO


Digərləri 27 Nis 2025 18:08:00 96 0

Azərbaycanın ərazisi: Londonun 1918ci il xəritəsində  FOTO

Təqdim edilən xəritə 1918-19-cu illərə aiddir və Böyük Britaniya tərəfindən hazırlanıb.

Son.az xəbər verir ki, bu barədə xəritəni paylaşan tarixçi alim Zaur Əliyev qeyd edib.

O, sözügedən xəritədən Azərbaycan ərazisinin Zəngəzuru, həmçinin Göyçə və Dərələyəzin əhəmiyyətli hissəsini əhatə etdiyini vurğulayıb.

Xəritədə ən diqqətçəkən məqam isə Araz çayından cənubda qalan hissənin də Azərbaycan adlandırılmasıdır. Həmin vaxt indi İran adlanan ərazidə türk sülaləsi Qacarlar hakimiyyətdə idi.