İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi


Digərləri 27 Nis 2025 19:39:00 91 0

İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.

Son.az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum X sosial şəbəkəsində bildirib.

"Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1025-nə cüzi ziyan dəyib, 12300-dən çoxuna ziyan dəyməyib", - Kurum qeyd edib.