İrandakı səfirliyimizə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlandı


Digərləri 27 Nis 2025 23:10:00 80 0

İrandakı səfirliyimizə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlandı

Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumun icraçısına qarşı çıxarılmış qisas (edam) hökmünün icrası üçün bütün zəruri hazırlıqlar tamamlanıb.

Son.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ədliyyə Orqanı məlumat yayıb.

Ədliyyə Orqanının rəsmi açıqlamasında qeyd olunur ki, səfirliyə edilən hücum hadisəsi dərhal araşdırılıb, müvafiq cinayət işi açılıb, hüquqi prosedurlar sürətlə həyata keçirilib və nəticə olaraq, məhkəmə tərəfindən təqsirkar şəxsə qisas cəzası (edam hökmü) verilib.

Açıqlamada vurğulanır ki, məhkəmə prosesi çərçivəsində hadisə nəticəsində həlak olan şəxsin və onun ailəsinin hüquqları diqqətlə qorunub, onların haqlı tələbləri nəzərə alınıb.

Ədliyyə nümayəndələri onu da bildiriblər ki, Azərbaycan Respublikasının səfirliyinin təhlükəsizliyinin təmin olunması istiqamətində İran tərəfindən əlavə tədbirlər görülüb və bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması üçün zəruri addımlar atılıb. (Unikal) Son.az