“Putin bu əmrini dəyişməyib”
Digərləri 24 Mar 2025 19:10:00 141 0
"Rusiya Prezidenti Vladimir Putin Ukraynanın 30 günlük fasilə ilə bağlı razılaşmasını pozmasına baxmayaraq, enerji infrastrukturu obyektlərinə zərbə endirməmək əmrini dəyişməyib".
Bu haberi de oku: Zəlzələdən çadırda qorunan qadını və bacısını keçmiş əri GÜLLƏLƏDİ
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Hələlik prezidentdən başqa bir əmr olmayıb. Silahlı qüvvələrimiz onun bütün əmrlərini yerinə yetirir", - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bölgədəki enerji obyektinə kütləvi hücum etmiş, 11 mindən çox abonent işıqsız qalmışdı.
Kaynak: milli.az