17 tiktoker saxlanıldı VİDEO FOTO
Digərləri 07 Kas 2025 13:32:00 75 0
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə sosial şəbəkələrdə qadağan olunmuş onlayn qumar və mərc oyunlarının reklamına qarşı əməliyyat keçirib.
Bu haberi de oku: GTA VInın buraxılışı yenə təxirə salındı
Nazirliyin məlumatına görə, "Instagram", "TikTok" və digər platformalarda izləyicisi çox olan bir sıra influenserlərin qanunsuz mərc saytlarını tanıtdığı müəyyən edilib. Araşdırmalar nəticəsində bu cür reklamlar paylaşan 17 nəfər saxlanılaraq Baş İdarəyə gətirilib və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
DİN sosial media istifadəçilərinə xəbərdarlıq edərək bildirib ki, qumar və mərc oyunlarının reklamı qanun pozuntusu sayılır və belə hallara yol verən şəxslər ciddi məsuliyyət daşıyır. Məlumata görə, saxlanılanlar arasında tanınmış reper Əkbər Novruzlu da var.
