Münaqişənin həlli üçün əsas şərti açıqladı


Digərləri 19 Mar 2025 08:35:00 99 0

Münaqişənin həlli üçün əsas şərti açıqladı

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli üçün əsas şərti açıqlayıb.

Son.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Rusiya və ABŞ liderlərinin telefon danışığından sonra məlumat yayıb.

Putin Amerika lideri Donald Trampla söhbətində vurğulayıb ki, böhrana son qoymaq üçün Kiyevə hərbi yardımı tamamilə dayandırmaq lazımdır.

"Rusiya tərəfi Ukraynada məcburi səfərbərliyin dayandırılması və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlandırılması zərurəti ilə bağlı bir sıra mühüm məqamları qeyd edib", - deyə Kremlin rəsmi saytındakı bəyanatda qeyd olunub. Son.az