Oktyabrın son günü hava necə olacaq?
Digərləri 30 Eki 2025 13:10:00 93 0
Oktyabrın 31-nə olan hava proqnozu açıqlanıb
Bu haberi de oku: Həftədə ən azı 2 dəfə bu balığı yeyin Həkim məsləhəti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah ölkə ərazisində əsasən yağmursuz hava müşahidə olunacaq.
Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulsa da, yağış gözlənilmir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz isə 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 766 millimetrə enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.
Kaynak: milli.az
