Həftədə ən azı 2 dəfə bu balığı yeyin Həkim məsləhəti


Digərləri 30 Eki 2025 06:06:00 74 0

Həftədə ən azı 2 dəfə bu balığı yeyin  Həkim məsləhəti

Həkimlər bildirirlər ki, balıq orqanizm üçün ən vacib zülal və omeqa-3 mənbələrindən biridir. Xüsusilə somon, skumbriya, sardina və siyənək kimi yağlı balıqların həftədə ən azı iki dəfə qidalanmaya daxil edilməsi ürək, beyin və immun sistemini qorumaqda mühüm rol oynayır.

Son.az faydalarını təqdim edir:

Mütəxəssislər vurğulayır ki, bu balıqlarda olan omeqa-3 yağ turşuları qan damarlarının elastikliyini qoruyur, xolesterin səviyyəsini tənzimləyir və infarkt riskini azaldır.

Kardioloq Dr. Mehmet Uçar qeyd edir: "Balıq yeməyən insanlarda ürək-damar xəstəliklərinə tutulma riski təxminən 30 faiz daha yüksək olur."

Yağlı balıqlar beyin hüceyrələrinin bərpasını sürətləndirir, yaddaşı və diqqəti gücləndirir. Xüsusilə yaşlılarda demensiya və Alzheymer xəstəliyinə qarşı qoruyucu təsir göstərir.

Balıq tərkibindəki D vitamini, sink və selen sayəsində dərinin elastikliyini artırır, göz torluğunu gücləndirir və iltihab proseslərini azaldır.