“AZZA”da müştəriyə şərab əvəzinə görün nə verdilər Məşhur mağazada nə baş verir?
Digərləri 30 Eki 2025 09:19:00 69 0
Bakıda "AZZA" mağazasından alınan məhsullarla bağlı vətəndaş narazılığı yaranıb. Vətəndaş aldığı şokoladın yararlılıq müddətinin bitməsinə az qaldığını, həmçinin şərab kimi təqdim olunan içkinin əslində portveyn olduğunu iddia edir.
Bu haberi de oku: “Bolmart” rəhbəri yayılan məlumatlara aydınlıq gətirdi FOTO
Son.az xəbər verir ki, şikayətçi Fərid Vəliyev demokrat.az-a açıqlamasında bildirib ki, 23 oktyabr 2025-ci il tarixində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən "AZZA" ticarət obyektindən "Guylian" markalı şokolad və "Sandeman" markalı içki alıb:
"Lakin o, sonradan şokoladın yararlılıq müddətinin bitməsinə az qaldığını, həmçinin satıcının şərab kimi təqdim etdiyi içkinin əslində portveyn yəni tərkibinə spirt əlavə olunmuş içki olduğunu müəyyən edib. İstehlakçı məhsulları dəyişmək və ya geri qaytarmaq istəsə də, mağaza əməkdaşları bunun mümkün olmadığını bildiriblər və qərarlarını Nazirlər Kabinetinin 1998-ci il tarixli qərarı ilə əsaslandırıblar".
Vətəndaş iddia edir ki, bu, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə ziddir və aldadıcı məlumatın verilməsi qanun pozuntusudur.
Məsələ ilə bağlı "AZZA" MMC-nin Baş ofisi ilə əlaqə saxlayıb.
