Ev işlərini görən və yemək bişirən robot hazırlandı FOTO
Digərləri 30 Eki 2025 11:11:00 84 0
Amerikalı şirkət gündəlik işləri görən humanoid robot təqdim edib.
Bu haberi de oku: Qardaşını uşağının gözləri qarşısında öldürdü
Son.az xəbər verir ki, 1X şirkəti tərəfindən hazırlanmış humanoid robot NEO artıq sifariş üçün əlçatandır. Robot gündəlik ev işlərinə kömək etmək məqsədilə nəzərdə tutulub. O, qab yumaq, ev tozunu almaq və digər ev işlərini bacarır.
NEO-nun əvvəlcədən sifariş qiyməti 20 000 dollar təşkil edir, aylıq abunəliklə istifadə etmək istəyənlər üçün isə qiymət 499 dollardır.
"YouTube"da yayımlanan videoda robotun zibil çıxarmaq, bitkiləri sulamaq və hətta rəqs etmək qabiliyyətləri nümayiş etdirilib.
1X şirkətinin məhsul və dizayn üzrə vitse-prezidenti Dar Sleeper bildirib ki, NEO "evdə həyatınızı dəyişdirmək üçün hazırlanmış humanoid yoldaşdır. Robot süni intellekt və qabaqcıl texnologiyanı birləşdirərək gündəlik işlərdə kömək edir və həyatınıza ağıllı həllər gətirir."
Robotun texniki xüsusiyyətlərinə görə, NEO səssiz və yüngül "tendon-driven actuators" sisteminə malikdir, 3D Lattice Polymer materialından hazırlanıb, çəkisi 30 kiloqram, boyu isə 167 sm-dir. NEO Nvidia texnologiyası ilə işləyir, batareya ömrü dörd saatdır, 25 kiloqram yük daşıya bilir və 70 kiloqram qaldıra bilir. Robot həmçinin dörd mikrofon, üç dinamik və balıq gözü kameralarla təchiz olunub.
İsmayıl Son.az
