Ermənistanda hərbi xidmət müddəti azaldıldı


Digərləri 30 Eki 2025 11:48:00 77 0

Ermənistanda hərbi xidmət müddəti azaldıldı

Ermənistan hökuməti hərbi xidmət müddətini qısaldıb.

Son.az xəbər verir ki, Ermənistan hökuməti bu gün keçirilən iclasda hərbi xidmət və hərbi qulluqçuların statusu ilə bağlı qanuna dəyişiklikləri təsdiqləyərək xidmət müddətini 18 aya endirib.

Dəyişiklik 2025-ci ilin qış çağırışından etibarən qüvvəyə minəcək və xidmət müddəti əvvəlki 24 aydan 18 aya qədər azaldılacaq. Hökumət bildirir ki, bu qərar hərbi çağırışçıların yükünü yüngülləşdirmək və xidmət müddətini optimallaşdırmaq məqsədi daşıyır.

İsmayıl Son.az