Lənkəranda gecə davası sərxoş qazilər iki nəfəri döydü
Digərləri 30 Eki 2025 09:55:00 63 0
Lənkəranda bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.
Son.az xəbər verir ki, hadisaə oktyabrın 28-də gecə saatlarında baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Hirkan qəsəbə sakini Alim Şükürzadə 1996-cı il təvəllüdlü Lənkəran sakini Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.
Orada A.Şükürzadə dostları - 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.
Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb.
Onların sərxoş vəziyyətdə olması müəyyənləşib.
Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./"Qafqazinfo"
