Masazır sakinlərinə ŞAD XƏBƏR


Digərləri 30 Eki 2025 11:04:00 73 0

Masazır sakinlərinə ŞAD XƏBƏR

Paytaxtda bəzi sərnişinlər və avtobus sürücüləri arasında heç cür razılıq əldə oluna bilmir.

Son.az xəbər verir ki, sərnişinlər həm sürücülərin siqaret çəkməsindən narazıdır, həm də avtobusların köhnə və xarab olmasından narahatdırlar. 

Sərnişinlərin sözlərinə görə, 525 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusların əksəriyyəti köhnə və istismara yararsız vəziyyətdədir. Onlar bildiriblər ki, nəqliyyat vasitələri tez-tez xarab olur, bu da həm sərnişinlərin narahatlığına, həm də marşrutda hərəkət sıxlığına səbəb olur.

Şikayətçilər əlavə ediblər ki, xətt üzrə mövcud avtobuslar sərnişin axınını qarşılamaqda çətinlik çəkir, xüsusən səhər və axşam pik saatlarında avtobuslarda yer tapmaq mümkünsüz olur.

Sürücülər isə problemin yolun təmirsiz olması ilə əlaqələndirirlər:

"Yol təmirsizdir deyə gec gəlib çata bilirik. Amma intervaldan kənara çıxmırıq".