"Uşağımı aldadaraq mənzilimə daxil oldu" Saçı qırxılan qadın danışdı
Digərləri 29 Eki 2025 23:01:00 82 0
Bir neçə gün əvvəl həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən sosial şəbəkədə canlı yayımda saçı qırxılan Pərvanə İsmayılova hadisənin təfərrüatını danışıb.
Bu haberi de oku: Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, zərərçəkən P.İsmayılova bildirib ki, onlar arasında münasibətlər daha öncə pozulub.
"Bu ilin avqustunda Tamerlanla ailə həyatı qurmuşam. Hazırda onunla rəsmi nikahdayam. Mənim birinci həyat yoldaşımdan 10 yaşlı oğlum var. Tamerlan sonuncu dəfə uşağımı aldadaraq mənzilimə daxil oldu və mənə işgəncə verdi", - deyə P.İsmayılova qeyd edib.
Zərərçəkmiş onu da əlavə edib ki, məlum hadisəyə səbəb Tamerlanın onu videogörüntüləri ilə şantaj etməsi olub.
