FED faiz qərarını açıqladı


Digərləri 29 Eki 2025 23:28:00 59 0

FED faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankı (FED) iki gün davam edən iclasdan sonra gözlənilən faiz qərarını açıqlayıb. Qərara əsasən, FED faiz dərəcəsini 25 baza bəndi azaldaraq faiz aralığını 3,75-4 faiz səviyyəsinə endirib.

Bu haberi de oku: Azərbaycanda zəlzələ oldu

Son.az xəbər verir ki, FED-in açıqlamasında bildirilib ki, İdarə Heyətinin üzvü Stiven Miran 50 baza bəndlik faiz endiriminə tərəfdar olub, Kanzas Siti FED rəhbəri Cefri Şmid isə faiz dərəcəsinin sabit saxlanılmasını dəstəklədiyi üçün qərara qarşı səs verib.

Açıqlamada qeyd olunub ki, ABŞ-də İstehlakçı Qiymətləri İndeksi (TÜFE) sentyabr ayında aylıq 0,3%, illik 3% artıb.

FED-in bəyanatında iqtisadi fəaliyyətin mülayim templə artmağa davam etdiyi, məşğulluğun bu il bir qədər zəiflədiyi, işsizlik səviyyəsinin azca yüksəlsə də aşağı həddə qaldığı vurğulanıb.

Eyni zamanda, ilin əvvəlindən bəri inflyasiyanın artdığı və hələ də yüksək səviyyədə olduğu qeyd edilib. Bankın qiymətləndirməsinə görə, iqtisadi mənzərədə qeyri-müəyyənlik yüksək olaraq qalır.

Xatırladaq ki, FED ötən ilin sentyabr ayında inflyasiyada müəyyən azalma müşahidə edildikdən sonra 4 ildən sonra ilk dəfə faiz dərəcəsini 50 baza bəndi endirmişdi.