Bu ərazilərdə qaz olmayacaq
Digərləri 29 Eki 2025 22:43:00 89 0
Sabah saat 09:30-dan etibarən Səbail, Binəqədi, Nizami və Suraxanı rayonlarında qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.
Bu haberi de oku: Türkiyədə daha bir bina çökdü 7 nəfər uçqunda qaldı FOTO
Son.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən Səbail rayonu üzrə Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R. Rza küçələrinin və Neftçilər prospektinin, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonu üzrə Ə.Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin, Nizami rayonu üzrə Q.Qarayev prospektinin, A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Ordubadi, İ.Müzəffəroğlu və Özbəkistan küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
