Paris Sülh Forumu çərçivəsində yüksək səviyyəli görüş keçirilib


Digərləri 29 Eki 2025 22:33:00 71 0

Paris Sülh Forumu çərçivəsində yüksək səviyyəli görüş keçirilib

Paris Sülh Forumu çərçivəsində baş tutan "COP29-dan COP30-a: Qlobal İqlim Dialoqunun İrəlilədilməsi və XIII Qlobal Bakı Forumuna Hazırlıq" mövzulu görüş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub.

Son.az xəbər verir ki, görüş Serbiyanın sabiq prezidenti Boris Tadiçin moderatorluğu, dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, parlament üzvləri və ekspertlərin iştirakı ilə baş tutub.

Görüş COP29-un nəticələrindən çıxış edərək, COP30-a hazırlıq prosesi, qlobal iqlim maliyyələşməsi və dayanıqlı inkişafın çağırışlarını müzakirə etmək məqsədini daşıyıb. Görüşdə müzakirə olunan mövzular arasında Xəzər dənizinin hüquqi statusu, enerji və ekoloji əməkdaşlıqla bağlı gündəlik məsələləri əhatə edən "Caspian Sea agenda" da yer alıb.

Qeyd edək ki, Mərkəz son illərdə London və Bakı İqlim Fəaliyyəti Həftələri, eləcə də Pekin, Daşkənd və Nyu-Yorkda keçirilmiş yüksək səviyyəli toplantılarda iqlim gündəliyinə töhfə verib. Parisdə keçirilən bu tədbir də Mərkəzin davamlı təşəbbüslərinin əsas hissəsi hesab olunur.


Habere ait fotoğraflar