Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq


Digərləri 29 Eki 2025 14:25:00 120 0

Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması ilə bağlı mühüm addım atılır.

Son.az xəbər verir ki, Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalının verdiyi məlumata görə, artıq iki ölkənin icbari sığorta büroları arasında bu istiqamətdə razılaşma imzalanıb və sistemin qurulması prosesi başlayıb.

Yeni sistem sayəsində Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana gələn və ya Azərbaycan nömrəsi ilə Türkiyəyə daxil olan avtomobillər avtomatik şəkildə tanınacaq. Bu, həm sərhəddə yoxlamaları asanlaşdıracaq, həm də sığorta fırıldaqları və sənəd saxtakarlığı hallarının qarşısını alacaq.


Habere ait fotoğraflar