Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi


Digərləri 29 Eki 2025 21:09:00 98 0

Kişilərin ürəyi daha zəif olur  Həkim təsdiqlədi

Kardioloq Yekaterina Paukova kişilərdə qəfil ürək dayanması riskinin qadınlara nisbətən daha çox olduğunu bildirib.

Son.az xəbər verir ki, kardioloqun fikrincə ürəyin dayanması adətən həyati təhlükə yaradan ritm pozğunluqları mədəcik taxikardiyası və mədəcik fibrilasiyası zamanı baş verir. Bu hallarda ürək çox sürətlə döyünür və qana normal təzyiq göstərə bilmir.

Kardioloq qeyd edib ki, kişilərin hormonal fonunda estrogenin az olması onları daha riskli qrup halına gətirir. Estrogen hormonu ürək və damar sistemini qorumağa kömək edir, buna görə də qadınlarda bu cür hallar nisbətən az müşahidə olunur.

Paukova əlavə edib ki, xolesterinin yüksəkliyi, siqaret çəkmə və alkoqoldan sui-istifadə də ürək dayanması riskini artırır və bu vərdişlər kişilərdə daha geniş yayılıb.


Habere ait video