İş yerində siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK


Digərləri 29 Eki 2025 13:30:00 116 0

İş yerində siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda siqaret çəkənlər və onları işəgötürən müəssələr cəzalandırılacaq. Əgər işçilər restoranda siqaret çəkərsə, bunun üçün cərimə ödəməli olacaqlar. Məhdudiyyətlər təkcə siqaretə yox, elektron qəlyanlara da aiddir. 

Son.az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Qasım Şaliyev bildirir ki, bütün təşkilatlarda, idarələrdə məhz tütün məhsullarını qadağan edən yazıların olması qanunla nəzərdə tutulub:

"Təəssüf ki, müşahidələr onu göstərir ki, qanunvericiliyin normalarına baxmayaraq bir çox işəgötürənlər məhz bu qanunun tələbinə səthi yanaşaraq, icra etmirlər. İş yerlərində tütündən istifadəyə görə siqaret çəkən şəxs 30 manat, vəzifəli şəxs 400 manat, işəgötürən vəzifəli şəxs 500 manat, işəgötürən hüquqi şəxs 2000 manat cərimələnə bilər". 

Ekspertlərin sözlərinə görə, işəgötürənlər daxili intizam qaydalarına siqaret çəkməklə bağlı bəndlər əlavə etməli, işçiləri bu barədə yazılı məlumatlandırılmalıdırlar. Əgər işçi bu qaydaları pozsa, həm intizam, həm də inzibati məsuliyyətə səbəb ola bilər. 


Habere ait fotoğraf