"Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm" Elton Məmmədov


Digərləri 29 Eki 2025 14:13:00 121 0

"Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm"  Elton Məmmədov

AMEA-da 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işi üzrə maraqlı faktların üzə çıxdığı bildirilir.

Həmin dövrdə AMEA-nın prezidenti olmuş Ramiz Mehdiyev və akademiyanın İşlər idarəsinin müdiri vəzifəsində çalışmış Elton Məmmədov barəsində cinayət işi açıldığı və istintaq  işlərinin aparıldığı qeyd olunur. Hazırda Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son.az xəbər verir ki, manset.az məsələ ilə bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovla əlaqə saxlayıb. O, deyilən faktlarla bağlı Manset.az-ın suallarını cavablandırıb.

- Sizin korrupsiya faktları ilə bağlı ittiham olunduğunuz deyilir. 3 milyon manat yeyinti ilə bağlı istintaqa cəlb edildiyiniz bildilir.

- Məni kim ittiham edir? Yalan söhbətdir. Mən bu faktlarla bağlı ifadə verməmişəm, heç bir istintaqa da çağırılmamışam. Bu məlumatlar yalandır. 

- Sizin Ramiz Mehdiyevlə yaxınlığınız hansı səviyyədə olub?

- Mən ölkə rəhbərinə sadiq insan olmuşam, həmişə onun siyasətini dəstəkləmişəm. Başqa adama xidmət etməmişəm. Mövqeyimi 2021-ci ildə bildirmişəm. 2022-ci ilin yanvar-fevral aylarında danışmışam. Ramiz Mehdiyev işlədiyi dövrdə ona ən sərt fikrimi bildirmişəm. Bu məsələlərə hüquqi qiyməti hüquq-mühafizə orqanları və qərar qəbul edən məhkəmə verəcək. Düşünürəm ki, bu məsələlərə də hüquqi qiymət veriləcək.