Ramiz Mehdiyevdən sonra İsa Həbibəylinin də fəaliyyət dövrü araşdırılmağa başlanıldı


Digərləri 29 Eki 2025 13:12:00 124 0

Ramiz Mehdiyevdən sonra İsa Həbibəylinin də fəaliyyət dövrü araşdırılmağa başlanıldı

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.

Araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir.

Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir.

İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.

Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub.