Müəllim tiktoka görə işdən qovuldu
Digərləri 26 Eki 2025 19:14:00 100 0
Missisipi ştatından olan 24 yaşlı müəllim Miata Borders ilk iş günündə viral TikTok videosunda bir şagirdi "qısa" adlandırdığı üçün dərhal işdən çıxarılıb.
Bu haberi de oku: Azərbaycanda 43 yaşında 17 uşaq anasıdır: həyat hekayəsi diqqət çəkdi
Son.az xəbər verir ki, bu barədə New York Post xəbər yayıb.
Borders özünü "content creator" adlandırır və oktyabrın 17-də paylaşdığı "günün gedişi" videosunda ilk iş günü barədə vloq çəkib. Video 2,2 milyon baxış toplayıb və həmin görüntüdə o, məktəb tədbirində şagirdlərdən biri haqqında təhqiredici şərh edib.
Video məktəb rəhbərliyinə çatdıqdan sonra Bordersun işi dayandırılıb.
O, hərəkətlərinin səhv başa düşüldüyünü bildirib. Borders videodakı səhnələrin çox hissəsinin şagirdlər olmadığı vaxt çəkildiyini və onların çəkilməsinə qadağanın olduğunu bilmədiyini deyib. Borders həmçinin bildirib ki, "bir səhvimə görə hər şeyi itirdim".
İsmayıl Son.az
