Putin Ukrayna əsgərləri ilə bağlı tapşırıq verdi
Digərləri 26 Eki 2025 15:53:00 90 0
Rusiya Prezidenti Vladimir Putin birləşmiş qoşun qruplaşmasının idarəetmə məntəqəsini ziyarət edərək, Baş Qərargah rəisi Valeri Gerasimov və ön cəbhə komandanları ilə müşavirə keçirib.
Bu haberi de oku: Tanınmış aparıcıya ağır İTKİ
Son.az xəbər verir ki, Gerasimovun hesabatına əsasən, Kupyansk istiqamətində 5 minə, Pokrovsk istiqamətində isə 5,5 minə yaxın Ukrayna hərbçisi mühasirədədir.
Putin Ukrayna hərbçilərinin təslim olması üçün təhlükəsiz şərait yaradılmasını və insan itkilərinin minimuma endirilməsini tapşırıb. O, "Rusiya ordusu hər zaman düşmənə mərhəmətlə yanaşıb, bu prinsipi qorumaq lazımdır", - deyib.
Eyni zamanda prezident Gerasimova əmr verib ki, mühasirədə qalan Ukrayna əsgərləri arasında əsassız itkilərin qarşısı alınsın.
Putin çıxışında həmçinin vurğulayıb ki, Rusiya nüvə qüvvələri dünyanın ən yüksək səviyyəsindədir və "nüvə qalxanı" tam etibarlılığını təsdiqləyib.
Prezident əlavə edib ki, "Burevestnik" adlı nüvə mühərrikli qanadlı raketin sınaqları uğurla başa çatıb, bu silah "dünyada analoqu olmayan unikal inkişaf" kimi qiymətləndirilir. /Musavat.com
