Bakıda avtobusda qəribə HADİSƏ: masa açıb hər kəsə tort payladı
Digərləri 26 Eki 2025 14:30:00 80 0
Bakıda ictimai nəqliyyatda qeyri-adi hadisə yaşanıb.
Bu haberi de oku: Bakıda su anbarına düşən şəxs xilas olundu
Son.az xəbər verir ki, paytaxt marşrutlarından birində sərnişin avtobusda masa açaraq tort paylayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə gənc bir şəxsin avtobusun içində kiçik masa qurduğu, üzərinə tort qoyaraq digər sərnişinlərə dilim-dilim payladığı əks olunur. Hadisə zamanı avtobusdakı sərnişinlərin gülümsədiyi və həmin anı telefonla çəkdiyi görünür.
Maraqlı səhnə sosial şəbəkələrdə minlərlə baxış və yüzlərlə rəy toplayıb. İzləyicilər hadisəyə müxtəlif cür reaksiya veriblər. Bəziləri bunu pozitiv və əyləncəli addım, digərləri isə ictimai yerdə qaydalara zidd davranış kimi dəyərləndirib.
