Saat 10:00da qaz kəsiləcək Bu ərazilərdə


Digərləri 23 Eki 2025 09:25:00 66 0

Saat 10:00da qaz kəsiləcək  Bu ərazilərdə

"Səbail" qaz paylayıcı stansiyadan (QPS) qidalanan "Köhnə Qanlı Göl" qaz xətti üzərində yeni qaz tənzimləyici qovşağın birləşmə işləri ilə əlaqədar, 23 oktyabr saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu haberi de oku: Qardaş bacını bıçaqladı

Son.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin, Ü.Ələkbərov, R.Tağıyev və 7-ci Alatava küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.