Qardaş bacını bıçaqladı


Digərləri 23 Eki 2025 11:27:00 76 0

Qardaş bacını bıçaqladı

Sabunçuda qadın qardaşı tərəfindən bıçaqlanıb.

Son.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Əhmədbəy Ağayev küçəsi, 131 ünvanında baş verib. Məlumata görə, 31 yaşlı Aysel İsmayılova qardaşı tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

TƏBİB-dən bildirildi ki, yaralı hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Asya Hüseyn Son.az 


Habere ait fotoğraflar