Fermerlər dabaq xəstəliyindən minlərlə manat ziyana düşüb "Vaksinlər zəifdir"


Digərləri 23 Eki 2025 11:40:00 78 0

Fermerlər dabaq xəstəliyindən minlərlə manat ziyana düşüb  "Vaksinlər zəifdir"

Azərbaycanda dabaq kimi iti yoluxucu virus xəstəliyi illərdir ki, heyvanları qırır. Son aylarda isə vəziyyət daha da kəskinləşib, yoluxma halları kütləvi xarakter alıb. Dabaq xəstəliyi mal-qara və qoyun kimi heyvanlarda yayılan, olduqca yoluxucu virus mənşəli bir xəstəlikdir. Heyvanlarda ağızda və dırnaqlarda yaralar, yüksək istilik, iştahsızlıq kimi əlamətlərlə başlayır və zəifləmiş orqanizm nəticədə ölümlə üzləşir. Bəzi fermerlər vaksinasiyanın zəif olduğu üçün heyvanlara təsir etmədiyini bidirirlər. 

Fermərlərin sözlərinə görə, bu xəstəliyə görə minlərlə manat ziyana düşüblər. Hətta bəzi heyvanların 2-ci dəfə həmin xəstəliyi tutduğunu bildirirlər.

Məsələ ilə bağlı Aqrar Xidmətlər Agentliyindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il ölkədə epizootik vəziyyətin sabit saxlanılması məqsədilə dövlət vəsaiti hesabına illik Epizootiya əleyhinə Tədbirlər Planına uyğun olaraq ildə 2 dəfə olmaqla vaksinasiya tədbirləri həyata keçirilir. Plana uyğun olaraq, dabaq xəstəliyinə qarşı bu günədək respublika üzrə iri buynuzlu heyvanların 84%, xırda buynuzlu heyvanların isə 83% vaksinasiya olunmuşdur:

"Vaksinasiya tədbirləri regionlarda xəstəliyin mövcud serotipləri nəzərə alınmaqla həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu il də əvvəlki illərdə olduğu kimi, heyvanlar arasında dabaq xəstəliyinin A, O, Asia-1 və SAT-2 serotiplərinə uyğun vaksinlər tətbiq edilmişdir. Bu tədbirlər ölkədə xəstəliyin yayılmasının qarşısının alınması və heyvan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır".

Ölkəmizə vaksinlər hansı ölkələrdən gətirilir?