Daha bir məktəb direktoru işdən çıxarıldı


Digərləri 23 Eki 2025 12:09:00 86 0

Daha bir məktəb direktoru işdən çıxarıldı

Daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbində araşdırma aparılıb.

Son.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, araşdırma nəticəsində məktəbin direktoru Anar İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik davranış qaydalarını, eyni zamanda mövcud təlimatların tələblərini pozduğu, bununla yanaşı, təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamınin pozulduğu aşkar edilib.