Sevgilisini soyub yeni sevgilisinə hədiyyə aldı


Digərləri 23 Eki 2025 11:00:00 68 0

Sevgilisini soyub yeni sevgilisinə hədiyyə aldı

Rusiyada qadın sevgilisini soyub pulları yeni sevgilisinə xərclədiyinə görə saxlanılıb.

Son.az xəbər verir ki, Kamçatkada 53 yaşlı qadın birgə yaşadığı şəxsin bank kartından 280 min rubldan çox pul oğurlayaraq həmin vəsaiti yeni sevgilisinə hədiyyələr almağa sərf edib.

Bu barədə regionun prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə iyul ayında Petropavlovsk-Kamçatsk şəhərində baş verib. Qadın spirtli içki içmiş sevgilisinin kartını götürərək hesabdakı pulu çıxarıb və həmin məbləğə alkoqol, geyim və pnevmatik tüfəng alıb. Daha sonra bu əşyaları yeni sevgilisinə hədiyyə edib.