Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? RƏSMİ CAVAB
Digərləri 23 Eki 2025 11:47:00 64 0
Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.
Bu haberi de oku: Bakıda avtomobildə partlayış oldu xəsarət alan var
Bu barədə Son.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb: "Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb. Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər. Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar".