Nazirliyin kvadratı 435 manata satdığı mənzillər "yoxa çıxıb" AÇIQLAMA
Digərləri 22 Eki 2025 09:44:00 96 0
Xəbər verdiyimiz kimi, 20 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında 1080 mənzil satışa çıxarılmışdı. Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.
Bu haberi de oku: “Apple” bu modelin istehsalını AZALDIR
Son.az-a müraciət edənən vətəndaşlar bildirirlər ki, nisbətən aşağı qiymətə satışa çıxarılan mənzillər birdən-birə "yoxa çıxıb".
Belə ki, hazırda saytda aktiv şəkildə yalnız Abşeron rayonunda 50 mənzilin qaldığı və digər mənzillərin bron olunduğu qeyd olunur.
1030 mənzil satıldı?
Qaydalara görə, mənzillərdən almaq istəyən şəxslərə qeyd edilən portala (ms.sosial.gov.az) daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək, onu portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilər.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var.