Qəbizliyi aradan qaldırmaq üçün ən yaxşı təbii RESEPT
Digərləri 23 Eki 2025 05:05:00 95 0
Qəbizlikdən əziyyət çəkirsinizsə, dərmansız, tamamilə təbii qarışım bu problemi qısa zamanda yüngülləşdirə bilər.
Bu haberi de oku: Uçot dərəcəsi ilə bağlı növbəti qərar bu tarixdə açıqlanacaq
Son.az təbii qəbizlik əleyhinə resepti sizə təqdim edir:
Tərkibi:
Quru ərik - 5 ədəd
Gavalı (quru) - 5 ədəd
Kətan toxumu - 1 xörək qaşığı
Bal - 1 çay qaşığı
İlıq su - 1 stəkan
Hazırlanması:
Quru ərik və gavalını xırda doğrayın.
Onların üzərinə 1 stəkan ilıq su əlavə edib 2-3 saat saxlayın (istəsəniz gecədən səhərə qədər).
Səhər bu qarışığı blenderdən keçirin.
Kətan toxumu və bal əlavə edib qarışdırın.
İstifadə qaydası: Səhər acqarına 1-2 xörək qaşığı qəbul edin. Gündə 1 dəfə kifayətdir.
Əlavə məsləhətlər:
Gündə 2-2,5 litr su için.
Səhərlər limonlu ilıq su içmək bağırsaqları oyadır.
Rasiona liflə zəngin qidalar (yulaf, kəpək, tərəvəz, alma, çia toxumu) əlavə edin.
Hər gün az da olsa hərəkət edin - gəzinti belə bağırsaq fəaliyyətini artırır.