Fəzail Ağamalının Mehdiyevə məktubu üzə çıxdı: “Şərəfli işinizdə…”


Digərləri 19 Eki 2025 14:14:00 126 0

Fəzail Ağamalının Mehdiyevə məktubu üzə çıxdı: “Şərəfli işinizdə…”

Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb.

Son.az Globalinfo.az-a istinadən xəbər verir ki, 17 aprel, 2018-ci ildə yazılan məktubun mətnində bunlar qeyd olunub.

"Hörmətli, Ramiz müəllim, sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, milli dövlətçiliyimizin güclənməsində göstərdiyiniz yorulmaz fəaliyyətdə uğurlar arzulayıram.

Ulu öndərimiz Heydər Əliyevin yaxın silahdaşı kimi, ən çətin günlərdə dövlətçiliyimizin qorunub saxlanılması va möhkəmləndirilməsi və onun yüksək inkişaf səviyyəsinə qaldırılmasında müstəsna rol oynayan möhtərəm cənab prezidentimiz İlham Əliyev siyasətinin həyata keçirilməsində göstərdiyiniz ciddi xidmətlər Sizə ölkəmizdə böyük nüfuz qazandırmışdır.

Müasir dövrümüzdə ictimai fikir tarixinə, fəlsəfi baxışlar sisteminə bəxş etdiyiniz fundamental əsərləriniz Sizə, həm də görkəmli tədqiqatçı kimi, cəmiyyətimizdə sabnallı alim statusu qazandırmışdır.