“Vaxtım daralır” Pavel Durov 41 yaşını qeyd etmədi
Dünya 11 Eki 2025 14:19:00 94 0
"Telegram"ın qurucusu və milyarder Pavel Durov 41 yaşını qeyd etməyəcəyini açıqlayaraq şəxsi kanalında emosional paylaşım edib.
Bu haberi de oku: Ayı supermarketə girib iki nəfəri yaraladı
Son.az xəbər verir ki, o, dünyanın sürətlə azadlığını itirdiyini vurğulayıb və bir vaxtlar sərbəst informasiya mübadiləsinin simvolu olan internetin indi nəzarət mexanizminə çevrildiyini bildirib.
Durovun sözlərinə görə, özlərini demokratiyanın mərkəzi kimi təqdim edən ölkələr belə getdikcə daha sərt rəqəmsal nəzarət sistemləri tətbiq edirlər. O, nümunə olaraq Böyük Britaniyada rəqəmsal şəxsiyyət vəsiqələrinin, Avstraliyada onlayn yaş təsdiqinin tətbiqini, Avropa İttifaqında şəxsi yazışmaların skan edilməsini göstərib.
Durov qeyd edib ki, artıq bəzi ölkələrdə sosial şəbəkələrdə fikirlərinə görə insanları təqib edir və hətta həbs edirlər. Onun fikrincə, bəşəriyyət getdikcə "antiutopik reallığa" yaxınlaşır və əsas azadlıqlar təhlükə altındadır.