Keçmiş İsrail əsgəri ABŞı birbirinə qatdı Proqramdan kişilərlə tanış olub...


Dünya 11 Eki 2025 13:42:00 87 0

Keçmiş İsrail əsgəri ABŞı birbirinə qatdı  Proqramdan kişilərlə tanış olub...

Keçmiş İsrail əsgəri Adva Lavie Los-Ancelesdə yaşlı və varlı kişiləri hədəf aldığı iddiaları ilə gündəmə gəlib. Şəhər polisi onun tanışlıq proqramları vasitəsilə əlaqə qurduğu şəxslərlə bağlı xüsusi bülleten yayımlayıb.

Son.az xəbər verir ki, məlumatda bildirilir ki, Lavie sosial media və tanışlıq platformaları vasitəsilə insanlarla yaxın münasibət qurur, sonradan isə yoxa çıxır. Onun müxtəlif oğurluqlarda iştirak etdiyi iddia edilir, lakin Lavie bütün ittihamları rədd edir və buna iftira deyir.

Şerif departamenti ictimaiyyəti ayıq olmağa çağırıb. Lavie isə Britaniyanın "Daily Mail" qəzetinə verdiyi açıqlamada özünü "qurban" adlandıraraq, hadisənin arxasında güclü və nüfuzlu şəxslərin ola biləcəyini bildirib.